Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər

23.11.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Tramp praqmatik insandır”, - deyə Medvedev əlavə edib.

Eyni zamanda o, Moskvanın nə Trampa, nə də başqasına ümid bəsləmədiyini vurğulayıb: “Biz yalnız öz gücümüzə güvənirik”.

Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью