Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər AZƏRTAC

23.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 noyabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Tramp praqmatik insandır”, - deyə Medvedev əlavə edib.

Eyni zamanda o, Moskvanın nə Trampa, nə də başqasına ümid bəsləmədiyini vurğulayıb: “Biz yalnız öz gücümüzə güvənirik”.

Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью