Medvedev: Ukrayna bu gün suveren dövlət deyil

20.05.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna indi suveren dövlət deyil və Kiyev rəhbərliyi qərar qəbul etmək üçün daim xarici siyasətçilərin köməyinə müraciət edir.

Müvafiq bəyanatı Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun plenar iclasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Bunun Ukraynanın özü, bu ölkədə yaşayan insanlar üçün ölümcül nəticələri var. Ona görə də bu mənada bu dövlət hazırda suveren deyil”, – o vurğulayıb.

Medvedev əlavə edib ki, danışıqlar zamanı Ukraynanın bir dövlət kimi müstəqil olmaması nəzərə alınmalıdır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью