Icma.az bildirir, Missiya.az portalına istinadən.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskini yoxa çıxmalı olan Ukraynanın vaxtı keçmiş qeyri-legitim prezidenti adlandırıb.
Missiya.Az xəbər verir ki, siyasətçi bunu özünün “Teleqram” kanalında yazıb.
O, Zelenskini cinayətkar və narkoman hesab edib.
Medvedev qeyd edib ki, ABŞ-nin dəstəklədiyi Zelenskinin gələcək taleyi tamamilə aydındır: “Biabırçı siyasi mühacirət və ya ictimai edam".
Siyasətçi əlavə edib ki, Cənubi Koreya prezidenti Yun Seok-yeol, Fransa prezidenti Emmanuel Makron, Gürcüstan prezidenti Salome Zurabişvili və Zelenski istefa verməlidir.
Daşqın Həsənov
Missiya.Az