Medvedevdən SƏRT TƏLƏB: Bu şəxslər dərhal Rusiyadan çıxarılmalıdır | Icma.az
Icma.az, Tribuna saytına istinadən bildirir. Təhlükəli infeksiyalara yoluxmuş və ya narkotik istifadə edən miqrantları dərhal Rusiyadan çıxa
Bu, miqrasiya sahəsində ən aktual problemlərdən biridir. Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının
“Biz təcili diqqət və həll yolları tələb edən problemlərdən danışacağıq.
Onlardan biri təhlükəli xəstəliklər aşkarlanan əcnəbilərlə, habelə narkotik və ya psixotrop maddələrdən istifadə edənlərlə bağlı vəziyyətdir.
Ümumiyyətlə, burada yanaşma çox sadə olmalıdır – onlar dərhal xaric edilməlidir”, – deyə Medvedev “VKontakte” səhifəsində yayımlanan iclasda bildirib.
Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, belə bir tədbir olmadan Rusiya vətəndaşlarının epidemioloji təhlükəsizliyini təmin etmək və narkomaniya, cinayətkarlıq kimi təhlükəli tendensiyalarla mübarizə aparmaq mümkün deyil.
Medvedev həmçinin narkotik istifadə edən miqrantların və sosial baxımdan təhlükəli xəstəliklərə yoluxmuş əcnəbilərin Rusiyada leqallaşması və vətəndaşlıq almasını qeyri-mümkün edəcək mexanizmin hazırlanmasını tapşırıb.
“Qanunla nəzərdə tutulan prosedurlar əksər hallarda çox uzanır.
Tam oxu
Xəbəri oxu