Medvedevdən Trampa: Zelenskidən uzaqlaşın, müharibə bitsin

27.10.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampa çağırış edərək, Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) və ya Pentaqona müvafiq tapşırıq verməyi təklif edib.

Turkustan.az xəbər verir ki, Medvedev bildirib ki, Zelenskinin vəzifədən kənarlaşdırılması müharibənin başa çatması istiqamətində həlledici addım ola bilər. Rusiya rəsmisi Ukrayna liderini ABŞ və Avropanı Rusiyaya qarşı təhrik etməkdə, NATO ilə Rusiyanı nüvə müharibəsinə cəlb etməyə cəhd göstərməkdə və ayrılan maliyyə yardımlarını israf etməkdə ittiham edib.

O, Trampın MKİ direktoru və ya Pentaqonun yüksəkvəzifəli şəxsləri vasitəsilə bu məsələyə "həll yolu" tapa biləcəyini iddia edib. Medvedev fikirlərini əsaslandırmaq üçün ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun nümunəsini göstərib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью