Medvedevdən Trampın qələbəsinə dair paylaşım: Pul xərcləməyi sevmir

06.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Respublikaçı Donald Trampın Ukrayna da daxil olmaqla, müxtəlif "ələbaxanlara" pul xərcləməyi sevməməsi Rusiya üçün faydalı keyfiyyətdir".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" hesabında yazıb.

"Trampın bizim üçün faydalı olan bir keyfiyyəti var: kökündən bir iş adamı kimi o, müxtəlif "ələbaxanlara", axmaq müttəfiqlərə, uğursuz xeyriyyə layihələrinə və "acgöz" beynəlxalq təşkilatlara pul xərcləməyi çox sevmir. Ukrayna da bu sıradadır", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью