Medvedevdən Ukrayna ilə bağlı gözlənilməz açıqlama: Bu iddiasından imtina etdi

02.02.2026

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ukrayna dövləti mövcud olmağa davam edə bilər.

Hurriyyet.orgTASS agnetliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Siyasətçi sülhün yalnız Ukraynadakı mövcud rejim devrildikdən sonra gələcəyini bildirsə də, dövlətin özünün "müəyyən formada" mövcud olmağa davam edəcəyini etiraf edib. "Müəyyən formada yaşayacaq. Təkrar edirəm, hansı formada olduğunu bilmirəm", - deyə o bildirib.

Medvedevin açıqlaması gözlənilməzdir, çünki 2024-cü ildə o, iyirmi birinci əsrin otuzuncu illərində Ukraynanın artıq mövcud olmayacağını və bununla da ölkənin NATO -ya üzvlüyü məsələsinin həll olunacağını iddia etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью