Medvedevdən Zelenski haqda iddia: Ölkəsini vuracaq və...

19.02.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski öz ölkəsi və xalqına qarşı “çirkli bomba”dan istifadə edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev iddia edib.

“Zelenski küncə sıxışdırılıb. İndi onun savaşın həlli istiqamətində yaradılan mümkün səyləri sarsıtmaq üçün istənilən təxribatı törətməsi mümkündür” – deyə Medvedev “VKontakte” hesabında yazıb.

O, Ukrayna prezidentinin Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra xoşagəlməz vəziyyətə düşdüyünü vurğulayıb.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya-ABŞ nümayəndələri arasında görüş baş tutub. Zelenski isə bunun Ukrayna üçün sürpriz olduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью