Medvedyevdən Paşinyana: Şizoid ambisiyaların bədəlidir!

25.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İrəvan heç vaxt Avropa Birliyinə qoşulmayacaq, lakin Moskva da daxil olmaqla Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Ermənistanın heç vaxt xroniki xəstəliklərdən əziyyət çəkən Avropa Birliyinə qoşulmayacağı aydındır, lakin bu, Rusiya və digər AİB ölkələri ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək. Bu, milli maraqlara xəyanət, Sorosun pulları və Erməni Apostol Kilsəsinin şeytani təqibləri ilə sıx bağlı olan bu kiçik ölkənin hazırkı hökmdarının şizoid ambisiyalarının bədəlidir", - deyə Medvedyev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью