Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Megastore" supermarketlər şəbəkəsinin Bakı-Sumqayıt yolunda yerləşən filiallarından birində qiymətlərlə bağlı narazılıq yaşandığı iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaşın şikayətinə görə, həyat yoldaşı ilə birlikdə marketdən bir neçə xırda məhsul alan zaman kassada ümumi məbləğin 45 manat olduğunu görüb. Məbləğin gözlədiyindən yüksək olması səbəbindən çeki yoxlayan alıcı 400 ml həcmində olan şampunun 9,99 manata hesablandığını müəyyən edib.
Vətəndaş kassirə etiraz edərək, həmin şampunun digər satış nöqtələrində təxminən 6 manata təklif olunduğunu bildirib. Onun sözlərinə görə, kassir qiymət fərqini bonus kartının olmaması ilə izah edib və məhsulun endirimsiz qiymətinin tətbiq olunduğunu deyib.
Şikayətçi isə qiymət fərqinin bonus kartı ilə əlaqələndirilməsinə etiraz edib. Tərəflər arasında yaranan mübahisədən sonra kassada hesablamanın dəyişdirildiyi və alıcıya 4 manat geri qaytarıldığı iddia olunur.
Vətəndaşın fikrincə, bir çox alıcı alış-verişdən sonra çekləri diqqətlə yoxlamır və bonus kartının olmadığı üçün daha yüksək qiymət ödədiyini düşünərək marketdən ayrılır.
Əli Hüseynov