“Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdu” Elmar Baxşıyev

18.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan” Misli premyer-liqasının 19-cu turunda “Zirə”yə minimal hesabla məğlub oldu - 1:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında görüş haqda fikirlərini bildirib:
- Ağır oyun alındı. Mübarizəli oyun getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdu. Bu oyunu unudub gələn oyuna hazırlaşacağıq.
- İlk hissədə gərginlik yaşandı. İkinci hissədə Qara Qarayevi əvəzlədiz. Qara özü ikinci hissəni ehtiyat oyunçular zonasından izləmək istədi?
- Sadəcə düşündük ki, emosiyalar daha da bürizə verər. Ümumilikdə hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda belə hallar olur.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью