Məğlubedilməzlər yalnız “Neftçi” onları büdrədə bildi

20.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasında 8 tur başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, iki komanda – “Sabah” və “Qarabağ” məğlubiyyətsizlik seriyalarını davam etdirir.

Son çempion “bayquşlar” 7 matç keçirib və cəmi 1 dəfə heç-heçə edib. “Sabah”ın yeganə bir xal əldə etdiyi oyun “Neftçi”yə qarşı səfər görüşü olub. Aktivində 19 xal olan “futuristlər” zirvədə qərarlaşıb.

Məğlubiyyətsiz “Qarabağ” isə 7 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib. “Atlılar” ötən turda “Neftçi” ilə matçda son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub – 3:3.

Həm “Sabah”, həm “Qarabağ”dan xal alan yeganə komanda “Neftçi”dir. “Ağ-qaralar” bu mövsüm 8 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Komanda 17 xalla turnir cədvəlinin ikinci sırasında yer alıb.

Çempionatda növbəti turda “Qarabağ” və “Sabah” üz-üzə gələcək. Məhz IX turda iki komandadan birinin məğlubiyyətsizlik seriyası pozula bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью