“Məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil”

12.12.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq futbolçusu, Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir Nəbiyev “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Qarabağ“a inam böyük idi. Komanda oyuna da yaxşı başladı, qol vurdu. Rəqibdən üstün futbol sərgiləyirdilər. İkinci hissədə də pis oyun alınmadı. “Ayaks” son 15 dəqiqədə üstünlüyü ələ alıb qollar vurdu və qələbə qazandı“.

Mütəxəssis Qurban Qurbanovun Nəriman Axundzadəni meydana buraxmasına görə tənqid edilməsinə toxundu:

“Qurban müəllim ilk dəfə deyil ki, belə əvəzetmələr etsin. Dəfələrlə oyuna sonradan daxil olan futbolçular qələbə qolunu vurublar. Razıyam, əvəzetmələr bu dəfə yaxşı təsir göstərmədi. Amma məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil. Hücumda yaxşı fürsətlər boşa verildi, müdafiədə boşluqlar oldu və rəqib bundan yararlandı“.

Nəbiyev komandanın pley-off şanslarını da dəyərləndirdi:

“Ayntraxt”la oyunda qələbə mütləqdir. Bundan əlavə, digər rəqiblərin də nəticələri önəmli olacaq. Çətindir, amma şanslar qalır. Ümid edirəm, “Qarabağ” sonda yenə azarkeşlərini sevindirəcək”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью