Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər

23.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"

Panama millisinin baş məşqçisi Tomas Kristiansen DÇ-2026 çərçivəsində Xorvatiyaya qarşı keçirəcəkləri matçla bağlı gözləntilərini bölüşüb.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, mütəxəssis komandasının əzmkar mübarizə aparacağını bildirib.

“Bu, bizim üçün ən vacib oyundur. Bilirik ki, Xorvatiya qələbə üçün meydana çıxacaq, təzyiq göstərəcək və səhvlərimizdən yararlanmağa çalışacaq. Rəqib cinahlarda çox keyfiyyətlidir və fiziki cəhətdən güclüdür”.

Baş məşqçi komandasının rəqibdən çəkinməyəcəyini də vurğulayıb: 

“Biz öz oyun üslubumuza sadiqik, amma qarşımızda İngiltərəyə məğlubiyyətdən sonra özünü doğrultmaq istəyən güclü komanda var. Xorvatiyadan çəkinməyəcəyik. Panamanın asan təslim olmayan komanda olduğunu göstərmək və sonadək mübarizə aparmaq istəyirik”.

Qeyd edək ki, Panama - Xorvatiya görüşü iyunun 24-də Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Panama ilk turda Qanaya 0:1, Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью