Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın İspaniya kubokundan erkən kənarlaşmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, 1/8 final mərhələsində “Albasete”yə 2:3 hesabı ilə uduzan “kral klubu”nun yeni çalışdırıcısı günahkar axtarışına ehtiyac olmadığını deyib:
“Bu klubda heç-heçə belə pis nəticə, demək olar ki, faciə kimi qəbul olunur. Məğlubiyyət isə daha da ağırdır, xüsusən də başqa liqadan olan komandaya qarşı. Əgər günahkar axtarılmalıdırsa, ilk növbədə bu mənəm. Start heyətini mən seçmişəm, oyun üslubunu mən müəyyənləşdirmişəm, əvəzetmələri də mən etmişəm. Futbolçulara isə yalnız təşəkkür edə bilərəm – məni qəbul etdiklərinə görə. İndi əsas məqsəd onları həm fiziki, həm də psixoloji baxımdan bərpa etməkdir. Seçimimə inanırdım. Komandada istedadlı oyunçular var, amma onlardan istədiklərimi dərhal yerinə yetirmək asan deyil. Nəticədə bütün məsuliyyət mənim üzərimdə qalır”.
Qeyd edək ki, “Albasete” ilə oyun Alvaro Arbeloa üçün “Real”ın baş məşqçisi kimi ilk matç olub. O, bu vəzifəsə Xabi Alonsonu əvəzləyib.