Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Çelsi”yə uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İlk epizodumuzda qol vurmalı idik. Bunu dəyərləndirsəydik, yekun fərqli ola bilərdi. Hər bir halda, “Çelsi” kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Sona qədər mübarizə apardıq. Bəzi müsbət məqamlar var idi, amma ümumilikdə çoxlu top itkiləri etdi. Təhlillər aparmalıyıq. Məğlubiyyətlə barışmalı və qarşıdakı matçlara pozitiv yanaşmalıyıq”.