Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanda Mеğri icmasının rəhbəri Xaçatur Andreasian yeraltı sərvətlərdən qanunsuz istifadə və rüşvət alma işi üzrə həbs edilib.
Sherg.az xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, iş üzrə daha 7 nəfər saxlanılıb. Onlardan 6-sı barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.
İş üzrə Sünik vilayətinin Ekopatrul Xidmətinin regional bölməsinin rəhbəri də keçir. Xaçatur Andreasian 2024-cü ilin mayından Mеğri icmasının rəhbəridir.