Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Ermənistanda rüşvətxorluqla bağlı cinayət işi ilə əlaqədar Meğri meri Xaçatur Andreasyan saxlanılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
“Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən rüşvətxorluqla bağlı başlanan cinayət istintaqının bir hissəsi olaraq, Meğri icmasının rəhbəri Xaçatur Andreasyan da daxil olmaqla səkkiz nəfər saxlanılıb”, - məlumatda qeyd edilib.
Komitə “istintaqın maraqları naminə” digər təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Xaçatur Andreasyan 2024-cü ilin may ayından bəri mer vəzifəsini icra edir.