Məhbus analar övladları ilə... Fotolar

07.03.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilib.

Məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.

Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.

Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı master-klass keçirilib.

Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.


///Qafqazinfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью