Məhbus həbsxanada qəfil öldü

23.04.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb.

“Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov qəfil vəfat edib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, E.Cabbarov Cinayət Məcəlləsinin 234-cü və 237-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək məhkum edilibmiş.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью