Məhbus milli fəalın tələbi rədd edildi

27.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Təbriz həbsxanasında saxlanılan milli fəal Milad Balsininin qanunla nəzərdə tutulan girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaq tələbi yenidən rədd edilib.

Axar.az xəbər verir ki, bu haqda onun ailəsi bildirib.

Onların sözlərinə görə, Təbriz İctimai və İnqilab Prokurorluğu 3 aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın müvəqqəti azadlıq barədə üçüncü müraciətini də qəbul etməyib.

Qeyd edək ki, milli fəal sentyabrın 18-də Təbriz İctimai və İnqilab Prokurorluğunun 15-ci şöbəsinin çağırışına əsasən ora getdikdən sonra saxlanılıb.

Balsini “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zidd olan xarici və düşmən mediaya və sosial media kanallarına filmlər, şəkillər və məlumatlar göndərmək”də ittiham olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью