Məhbus valideyni Prezidentə öz təşəkkürünü belə bildirdi FOTOLAR

26.05.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Oğlumun azadlığa çıxmağa 8 ayı qalmışdı. 9 il idi ki, məhbus həyatı yaşayırdı". Bu sözləri SİA-ya açıqlamasında məhbus valideyni Əşrəf Abbasov deyib.

O Prezident İlham Əliyevə təşəkkür edərək deyib: "Ölkə başçımıza minnətdarıq ki, həm məhbusları, həm də onların ailələrini sevindirir. Bizim Prezidentimiz hər zaman humanist addımlar atmışdır. Allah Prezidentimizi və Onun ailəsini qorusun. Mən şəxsən bu əfv sərəncamının olacağını gözləyirdim. Çox şükür ki, əfv sərəncamı verildi və oğlum çıxandan sonra onu evimə aparacam, ailəsinə qovuşacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью