Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nyu-Cersidəki “Fort Dix” federal həbsxanasında cəza çəkən reper P. Diddinin həbsdə olduğu müddətdə qeyri-adi imtiyazlardan istifadə etdiyi iddia olunur.
OLAY yazır ki, mənbələrin iddialarına görə, digər məhbuslar reper üçün yemək hazırlayır, kamerasını təmizləyir və paltarlarını yuyurlar. Onlardan birinin P. Diddiyə Çin masajı etdiyi də iddia olunur. Həmçinin bildirilir ki, musiqiçi qanunsuz mobil telefondan istifadə edə bilər.
Məlumata görə, reper bu telefon vasitəsilə keçmiş sevgilisinin açıq-saçıq fotolarına baxır. Mənbələr həmçinin onun həbsxanada bahalı spirtli içki ehtiyatının olduğunu və bunun müəssisə əməkdaşlarının köməyi ilə içəri keçirildiyini iddia edirlər. İddiaya görə, P. Diddi həftəsonları digər məhbuslarla birlikdə “Hennessy” içə və bunun üçün minlərlə dollar ödəyə bilər.