Icma.az, Tribuna saytına istinadən bildirir. - + Özbəkistan Ali Məclisinin qanunvericilik palatası dekabrın 17-də keçirilən plenar iclasda a
Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb “Qanun
Cinayət-İcra məcəlləsinə Daxili İşlər Nazirliyinin müəssisələrində cəza çəkən məhkumlarla cəzanın icrası üçün məsafədən videogörüşlərin keçi
Uzaqdan videogörüşlərin sayı cəzanın çəkilməsi qaydasından və məhkumların saxlanma şəraitindən asılı olaraq müəyyən edilir.
Məsələn, Qanunvericilik Palatasının əvvəllər məlumat verdiyi kimi, qəsəbə koloniyalarında və tərbiyə koloniyalarında cəza çəkən şəxslərə (yetkinlik yaşına çatmayanlar üçün) ildə 24 dəfə videogörüşə icazə verilməsi təklif edilir.
Bildirilir ki, yenilik məhkumların ailə üzvləri və qohumları ilə daimi ünsiyyətdə olmasına, ailə münasibətlərinin saxlanmasına və islah yolunda formalaşmasına şərait yaradacaq.
Yazda Özbəkistanın Daxili İşlər Nazirliyi azadlıqdan məhrumetmə yerlərində məhkumlar üçün məsafədən videogörüşlərin təşkili imkanlarının yaradılmasına dair hökumətin qərar layihəsini müzakirə üçün dərc edib.
2023-cü il dekabrın 1-dən 2024-cü il fevralın 1-dək 7 saylı cəzaçəkmə müəssisəsində eksperiment olaraq məhkumlarla təhlükəsiz məsafədən videorabitə təşkil edilib.