Mehdi Xəlilbəyli azadlığa buraxıldı | Icma.az
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Mehdi Xəlilbəylinin 3 il sınaq müddəti təyin olunmaqla, 4 il müddətinə şərti azadlıqdan məhrum olunmasını istəyib.
Daha sonra Mehdi Xəlilbəyli son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilib. M.
Xəlilbəyli məhkəmə zalından azadlığa braxılıb. Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında s
Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Tam oxu
Xəbəri oxu