Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mehdiabad qəsəbəsi, Gəray Əsədov küçəsi ilə Qara Qarayev küçələrinin kəsişməsində yaşayan sakinlər narazıdır.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən ərazidə zibil qutuları yoxdur, yola yığılan zibillərisə vaxtında təmizlənmir.
"Havalar isti keçdiyi üçün üfünət iyi bürüyüb ərazini. Küçə heyvanları zibilləri ətrafa dağıdır. Gecələr itlər zibilxananın ətrafına yığışır. Həmin ərazidən keçmək olmur", - deyə şikayətçi əlavə edib.
Ərazidən kadrları təqdim edirik: