MEHDİYEV MƏHKƏMƏYƏ MÜRACIƏT EDİB Nə yazıb?

17.09.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

“AzPolitika” “Gununsesi”nə istinadla xəbər verir ki, Ramiz Mehdiyev barəsində hazırlanmış ittiham aktı artıq ona təqdim olunub və hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinə məhkəməyə çağırışla bağlı bildiriş göndərilib. 

Məlumata görə, Ramiz Mehdiyev məhkəməyə müraciət edərək səhhətində problemlərin olduğunu əsas gətirib və prosesdə onlayn qaydada iştirak etmək istəyini bildirib.

Sabiq PA rəhbərinin bu müraciətinə məhkəmənin münasibəti sentyabrın 21-də keçiriləcək hazırlıq iclasında məlum olacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Bu ittihamlar üzrə cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılıb və daha sonra məhkəməyə göndərilib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью