Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Uzun illər Azərbaycanın siyasi və elmi həyatında mühüm mövqe tutmuş Mehdiyevin istintaqa cəlb olunması cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub.
Ekspertlər hesab edirlər ki, bu hadisə dövlət idarəçiliyi sistemində ədalət və məsuliyyət prinsipinin möhkəmlənməsi, həm də “heç kim toxunulmaz deyil” mesajının praktik təsdiqi kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, məsələ yalnız şəxsi məsuliyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmır: Züriyyə Qarayeva “Ramiz Mehdiyev uzun illər ərzində formalaşdırdığı inzibati və informativ şəbəkədən istifadə edərək dövlətin sabitliyinə və idarəçilik mexanizmlərinə kölgə salan paralel təsir sistemi qurmuşdu.
İstintaq materialları göstərir ki, bu şəbəkə son illərdə də aktiv fəaliyyətini davam etdirərək dövlət orqanları daxilində parçalanma, qarşıdurma və inamsızlıq yaratmaq cəhdlərinə yol verib.
Bu, dövlətin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilməlidir”.
Politoloqun sözlərinə görə, hakimiyyətin bu məsələdə sərgilədiyi qətiyyətli mövqe siyasi iradənin gücünü və dövlət institutlarının sabitliyini qoruma əzmini əks etdirir: “Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, şəxsi maraqları dövlət maraqlarının qarşısına çıxaran istənilən qüvvə istintaq orqanlarının hədəfində olacaq.