Mehdiyevlərin bankında yeni direktor təyinatı

23.01.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bank “BTB” ASC-də Satışlar departamentinə rəhbər təyin olub.

Ölkə.Az "marja"ya istinadən bildirir ki, bankdan verilən məlumata görə, bu şəxs Bəhruz Kazımlıdır. O, bankın bütün məhsul və xidmətlərinın satışına rəhbərlik edəcək.

Qeyd edək ki, "Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью