“Məhəbbət əfsanəsi”nin xoreoqrafı vəfat etdi

19.05.2025

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Xalq artisti, xoreoqraf Yuri Qriqoroviç vəfat edib.

Axşam.az xəbər verir ki, o, 99 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Qriqoroviçin əsas əsərlərindən biri görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletidir. Tamaşanın dünya premyerası 1961-ci il martın 23-də indiki Mariinski Teatrında baş tutub. Tamaşanın quruluşunda maestro Niyazi və rəssam Simon Virsaladze də iştirak ediblər.

O, karyerası ərzində teatr səhnəsində “Şelkunçik”, “Spartak” və “İvan Qroznı” dadaxil olmaqla səkkiz orijinal balet səhnələşdirib, həmçinin klassik tamaşaların yeni versiyalarını yaradıb. 1980-ci ildə Moskvada XXII Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin xoreoqrafı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью