Məhəmməd Abdullayev Çempionlar Gecəsində Bekxan İsrailovla qarşılaşacaq FOTO

24.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

İdman.biz xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.

Görüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью