Məhəmməd bin Salmandan Trampa ÇAĞIRIŞ

02.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı İrana qarşı kütləvi zərbələr endirmək planından daşınmağa çağırıb.

Redaktor.az xəbər verir ki, "Axios" nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ lideri ilə telefon danışığı zamanı Vaşinqtonun İrana qarşı genişmiqyaslı hücumlar həyata keçirmək niyyətindən narahatlığını ifadə edib. O, Amerika liderini regionda gərginliyi azaltmağa və Vaşinqtonun fəaliyyət planını aydınlaşdırmağa çağırıb.  

Məlumata əsasən, Tramp Tehranla razılaşma əldə etmək imkanını dəyərləndirərək İrana qarşı planlaşdırılan güclü hərbi zərbəni ləğv etməyə razılaşıb.  

Bildirilib ki, Donald Tramp bundan əvvəl İranla münaqişənin həlli üçün ABŞ strategiyasının iki yoldan — hərbi əməliyyatların intensivləşdirilməsi və ya diplomatik razılaşmanın əldə edilməsindən ibarət olduğunu bəyan edib.

ABŞ rəsmisinin sözlərinə görə, Tramp hərbi variantın artan şiddətlə davam edən hücumları nəzərdə tutduğunu bildirib. Bununla belə, o, daha ağlabatan yol kimi məhz razılaşmanın əldə olunması variantını vurğulayıb.  

Qeyd edək ki, Ağ Ev və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi sözügedən telefon danışığı ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью