Məhəmməd Əl Casser: Azərbaycan transformasiya və tərəqqinin uğurlu nümunəsidir

18.06.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakı və Azərbaycan həm də transformasiya və tərəqqinin nümunəsidir.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casser Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun sədri ilə açıq söhbət formatında görüş” adlı sessiyada bildirib.

O, Azərbaycanda son illərdə müşahidə olunan dəyişiklikləri yüksək qiymətləndirib:

"Bakı əvvəlki səfərləri ilə müqayisədə tamamilə dəyişib. Bu şəhərin transformasiyaya uğradığını görmək üçün nə iqtisadçı, nə də xüsusi müşahidəçi olmaq lazımdır. Bakı və Azərbaycan inkişaf və tərəqqinin nümunəsidir. Sovet dövrü arxada qalıb, indi ölkənin gələcəyini onun öz xalqı formalaşdırır. Düşünürəm ki, Azərbaycan və xüsusilə Bakı göstərir ki, inkişaf üçün güclü iradə və motivasiya mövcuddur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью