Məhəmməd əl Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

27.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

Dünyada heç bir anlayış fəlsəfi əsaslar olmadan mövcud ola bilməz.

AZƏRTAC xəbər verir ki, bunu Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən V Məhəmməd Universitetinin müəllimi və tədqiqatçısı Məhəmməd əl-Məsudi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik - gərginlikləri öncədən görmək, sülhə inklüziv yollar qurmaq” mövzusunda plenar iclasda deyib.

O bildirib ki, fəlsəfə həmişə və daim ümumi insani dəyərlərdən danışır. İnsanları birləşdirən və onları vahid edən dəyərlər var.

“Elə bir sivilizasiya qurmalıyıq ki, insanlar özlərini bir evdə yaşayırmış kimi hiss etsinlər. İnsanları birləşdirən vahid ortaq dəyərlər olsun və bu müharibələri, bu qarşıdurmaları qardaşlıq əvəz etsin”, - deyə Məhəmməd əl-Məsudi qeyd edib.

Müxbirlər - Nərmin Muradzadə, Tərgül Babayeva

Fotoqraf - Orxan Kərimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью