Məhəmməd ƏlDuveyni: COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır

05.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır".

"Report" xəbər verir ki, bunu Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini liderlər ətraf mühitlə bağlı anlayış və davranışların düzəldilməsində rol oynayacaq:

"Dinlər və insanlar arasında əlaqə gücləndirilməlidir. İqlim dəyişikliyi koronavirus pandemiyasından heç də az əhəmiyyətli deyil. Ona görə də gücləri birləşdirərək addım atmalıyıq. COP27 Misirdə, COP28 isə BƏƏ-də keçirilib. COP29 özündən əvvəlkilərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır".

Məhəmməd Əl-Duveyni bildirib ki, iqlim dəyişikliyi və onun fəsadların aradan qaldırılması üçün təhsil müəssisələrində elmi fəaliyyətin möhkəmləndirilməsi, tədqiqatların həyata keçirilməsi, bu istiqamətdə qanunların qəbulu vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью