Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gənc araşdırmaçı Yusif İsmayıl Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı nadir foto paylaşıb.
Azpost.info bildirir ki, araşdırmaçı bu fotonu Polşa arxivlərində tapıb.
92 il əvvəl -1932-ci ildə çəkilmiş fotoda M.Rəsulzadə Səudiyyə Ərəbistanı kralı Feysəllə bir yerdə əks olunub.
1932-ci ildə Polşaya rəsmi səfərə gələn Hicaz və Nəcd krallığının vəliəhdi Feysəl ibn Əbdüləziz Əl Səud Varşavadakı Şərq İnstitutunun qonağı olub.
Fotoda Sağdan: 1-ci Feysəl, 2-ci Tadeuş Şetsel, 3-cü vəliəhdin yavəri Xalid əl-Acubi, 4-cü Məhəmməd Əmin Rəsulzadə, 5-ci Məhəmməd Girey Sunş və 6-cı Mustafa bəy Vəkillidir. (Vəkiloğlu)
Azpost.info