Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Moderator.az xəbər verir ki, Abşeron rayonunun Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli olan parkda geniş yenidənqurma və abadlıq işlərinə start verilib. Artıq bir neçə gündür ki, parkda ciddi təmir-tikinti işləri həyata keçirilir. Parkın ətrafına yeni işıqlandırma sisteminin çəkilməsi, daş döşəmələrin genişləndirilməsi, yaşıllıqların budanması və s. kimi işlər parkın görünüşünü əhəmiyyətli şəkildə dəyişəcəyindən xəbər verir.
Parkda həyata keçirilən abadlıq işləri sakinlər tərəfindən də məmnunluqla qarşılanıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi 2024-cü ildə təntənə ilə qeyd edilib.
Seymur ƏLİYEV