Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş bədii musiqili gecə keçirilib AZƏRTAC

17.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş şairin “Həft cam” poeması əsasında bədii musiqili gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə böyük şairin nadir sənət nümunəsi olan zəngin irsinə nəzər salınıb, tələbələrin ifasında yaradıcılığından poetik nümunələr təqdim olunub.

Bədii musiqili gecə Füzulinin qəzəllərinə bəstələnmiş musiqi əsərləri ilə müşayiət edilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью