Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yolun asfalt örtüyünün yararsız vəziyyətə düşməsi sürücülərin narazılığına səbəb olub.
Bu barədə sakinlərdən biri Avtosfer.az-ın “Whatsapp” xəttinə videomaterial göndərərək məlumat verib. Kadrlardan görünür ki, yolun hərəkət hissəsində dərin çuxur əmələ gəlib və asfalt örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb.
Şikayətçinin sözlərinə görə, problem artıq 2-3 aydır davam etsə də, aidiyyəti qurumlar tərəfindən ərazidə hər hansı təmir-bərpa işləri aparılmayıb. Bildirilir ki, xüsusilə axşam saatlarında və yolu tanımayan sürücülər üçün sözügedən çuxur ciddi təhlükə yaradır.
Sakin iddia edir ki, yaranmış vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, bəzi hallarda isə sürücüləri qəza riski ilə üz-üzə qoyur.
Nərmin