Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İran İslam Respublikasının vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) növbəti 70-ci Baş Konfransında iştirak etmək üçün Vyanaya səfər edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd İslami İranın Atom Enerjisi Təşkilatının rəsmilərindən ibarət nümayəndə heyəti ilə birlikdə MAQATE-nin 70-ci Baş Konfransında iştirak edəcək.
Səfəri çərçivəsində Məhəmməd İslami MAQATE Baş Konfransının illik iclasında çıxış edəcək.
O, həmçinin nüvə sahəsində əməkdaşlığı, eləcə də nüvə elmi və texnologiyası sahələrində ikitərəfli və beynəlxalq əlaqələrin gücləndirilməsini müzakirə etmək məqsədilə müxtəlif ölkələrin səfirləri və nümayəndələri ilə görüşlər keçirəcək.
Eyni zamanda Məhəmməd İslami konfrans çərçivəsində müxtəlif ölkələrin rəsmiləri və nümayəndələri ilə də məsləhətləşmələr aparacaq.
Əhməd
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin