Məhəmməd Muradlı lider mövqeyində

20.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Almaniyada keçirilən şahmat üzrə "Grenke Chess Festival"ında 5 tur arxada qalıb.

İdman.biz xəbər verir ki, Azərbaycanlı qrossmeyster Rauf Məmmədov 4 xalla 12-ci pillədə qərarlaşıb.

Ölkəmizin digər təmsilçiləri Şəhriyar Məmmədyarov 3-cü, Faiq Əsgərov isə 4-cü turdan sonra yarışdakı çıxışını başa vurublar. "Grenke Chess Festival"ına maksimum nəticə ilə dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen başçılıq edir.

"Grenke Chess Open" turnirində çıxış edən Məhəmməd Muradlı uğurlu çıxışı ilə fərqlənir. O, keçirdiyi bütün partiyaları qələbə ilə başa vuraraq, 1-ci pillədə qərarlaşıb. Son iki turda cəmi yarımxal toplayan Eltac Səfərli liderlər qrupundan uzaq düşüb. Təmsilçimiz 124-cüdür.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью