Məhəmməd Muradlı Qazaxıstandakı turniri səkkizinci yerdə başa vurdu

03.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, yarışın ən yüksək reytinqli iştirakçısı olan qrossmeyster doqquz turun yekununda dörd xal toplayaraq on şahmatçı arasında səkkizinci yeri tutub.

Muradlı son turda rusiyalı Daniil Dubovla qarşılaşıb. Görüş 31-ci gedişdə heç-heçə ilə nəticələnib.

Azərbaycan təmsilçisi turnir ərzində iki qələbə qazanıb, dörd dəfə heç-heçə edib və üç qarşılaşmada məğlub olub.

Qeyd edək ki, 2662 reytinq xalına malik Muradlı yarışın əsas favoriti hesab olunurdu.

Turnirin qalibi 6,5 xal toplayan belaruslu Denis Lazavik olub. Rusiyalı Daniil Dubov altı xalla ikinci yeri tutub. Özbəkistan təmsilçisi Şəmsəddin Vahidov və qazaxıstanlı Mark Smirnov isə hərəyə 5,5 xal toplayaraq 3-4-cü yerləri bölüşüblər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью