Məhəmməd Muradlı “Reykyavik Open”i 3 cü pillədə bitirib

15.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İslandiyanın paytaxtında keçirilən şahmat üzrə “Reykyavik Open” turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçı Məhəmməd Muradlı yarışı 3-cü pillədə başa vurub.

“Reykyavik Open"in son - 9-cu turu Azərbaycan dueli ilə yadda qalıb. Muradlı Eltac Səfərli ilə üz-üzə gəlib və tərəflər heç-heçəyə razı olublar. Yekunda iranlı Parham Maqsudlu 7,5 xalla turnirdə birinci yeri tutub. Məhəmmədlə eyni xala malik Vasili İvançuk (Ukrayna) ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Eltac Səfərli isə 6 xalla yarışı 12-ci pillədə başa vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью