Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərlotereya” ASC-də yeni təyinat olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Qurbanov “Azərlotereya” ASC-nin Hüquq bölmələrinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.
O, bundan əvvəl AFB Bankda Korporativ hüquq bölməsinin rəhbəri, AZAL-da hüquq eksperti, Kapital Bankda isə aparıcı və böyük hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Beynəlxalq Bankında hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.
Mahir AXUND