Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Son 20 ildə Urmiya gölünün bərpası üçün vahid proqram həyata keçirmişik”
“Biz nəyin bahasına olur-olsun, Urmiya gölünü bərpa etməliyik”. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu sözləri İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.
"Son 20 ildə Urmiya gölünün bərpası üçün vahid proqram həyata keçirmişik. Bu məsələdə dost ölkələrdən də yardım almışıq. Səylərimizə baxmayaraq, əhəmiyyətli irəliləyiş əldə edə bilməmişik", - deyə Birinci vitse-prezident qeyd edib.
O əlavə edib ki, gölün quruması nəticəsində yaranan qum və toz fırtınaları ictimai sağlamlığa və ətraf mühitə zərər verir: "Son 10 ildə həyata keçirilən layihələrin nəticələri qiymətləndirilərkən suyun səviyyəsində əhəmiyyətli bir artım qeydə alınmayıb".