Məhəmməd Salah ilk 10luqda

30.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Liverpul"un hücumçusu Məhəmməd Salah daha bir uğura imza atıb. Sport24.az xəbər verir ki, o, buna Premyer Liqanı 19-cu turunda "Vest Hem"lə görüşdə 2 məhsuldar ötürmə ilə nail olub.

Nəticədə 32 yaşlı forvard ölkə çempionatında məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb. Misirli Premyer Liqa tarixinin ən çox qol ötürmələri edən 10 futbolçusundan biri adını qazanıb.

1. Rayan Giqqz - 162 məhsuldar ötürmə.

2. Kevin De Brüyne – 114 məhsuldar ötürmə.

3. Sesk Fabreqas – 111 məhsuldar ötürmə.

4. Ueyn Runi – 103 məhsuldar ötürmə.

5. Frenk Lempard – 102 məhsuldar ötürmə.

6. Dennis Berqkamp – 94 məhsuldar ötürmə.

7. David Silva – 93 məhsuldar ötürmə.

8. Stiven Cerrard – 92 məhsuldar ötürmə.

9. Ceyms Milner - 89 məhsuldar ötürmə.

10. Məhəmməd Salah – 82 məhsuldar ötürmə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью