Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekord müəyyənləşdirdi

01.02.2026

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah bir stadionda qeydə alınan məhsuldar hərəkətlərin sayına görə İngiltərə Premyer Liqasının (İPL) rekordunu müəyyənləşdirib.

Oxu.Az bildirir ki, bu barədə mersisaydlıların mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

İPL-nin 24-cü turunun "Nyukasl"la oyununda (4:1) yarımmüdafiəçi Florian Virtsə etdiyi məhsuldar ötürmə Salah üçün "Enfild" stadionunda 152-ci məhsuldar hərəkət olub.

Əvvəllər bir stadionda məhsuldar hərəkət sayına görə rekord "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runiyə məxsus idi. O, "Old Trafford" stadionunda "qol+pas" sistemi üzrə 151 xal toplamışdı. Rekordçuların ilk üçlüyünə, həmçinin "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri də daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью