Məhəmməd Salah istədiyinə nail oldu

03.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah klubu ilə müqaviləsini uzatmağa yaxındır. Sport24.az "Footmercato"ya istinadən xəbər verir ki, misirli hücumçu tezliklə "Liverpul"la müqaviləsini iki il müddətinə uzadacaq.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi güzəştə gedərək futbolçunun maaş tələbini təmin edəcək.

Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 32 qol vurub, 22 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью