Məhəmməd Salah Lionel Messinin uğurunu təkrarladı | Icma.az
Icma.az, Yeniavaz saytına istinadən bildirir. “Liverpul”un vingeri Məhəmməd Salah Lionel Messinin 2014/15 mövsümündən bəri Avropanın ən yaxş
Yeniavaz.com “Opta”ya istinadla xəbər verir ki, fevralın 19-da “Villa Park” stadionunda İngiltərə çempionatının 26-cı turunun “Aston Villa”
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb, Salah oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.
Beləliklə, bu görüş onun Premyer Liqanın cari mövsümündə həm qol vurduğu, həm də məhsuldar ötürmə etdiyi 10-cu matçı olub.
Lionel Messi isə 2014/2015 “La Liqa” mövsümündə 11 belə oyunu keçirib.
Qeyd edək ki, hazırkı Premyer Liqada Salah 26 oyun keçirib, 24 qol vurub və 15 məhsuldar ötürmə edib.
Xatrladaq ki, “Liverpul” 61 xalla İngiltərə liqa cədvəlinə başçılıq edir. Onun 18 qələbəsi, 7 heç-heçəsi və 1 məğlubiyyəti var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu